Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aygün Bəylərin bacısı məclisdə AĞLADI - VİDEO

Aygün Bəylərin bacısı məclisdə  AĞLADI - VİDEO

Tarix: 21 Fevral 2024 11:45

Bir neçə gün əvvəl özünə təmtəraqlı doğum günü keçirən Əməkdar artist Firuzə İbadovanın məclisində mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətovanın çıxışı hər kəsi göz yaşlarına boğub. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, mərhumun bacısı İbadova ilə səhnədə qucaqlaşaraq Aygünün repertuarının şah əsəri olan "Tut ağacım" mahnısını ifa edib.

Diqqət çəkən məqam isə sözügedən bəstənin nəqarət hissəsində mərhumun səsinin olması olub. 

Zümrüd nəğməni səsləndirərkən Firüzə ilə birlikdə kövrələrək göz yaşlarına boğulublar. 

Həmin anlar məclisdə iştirak edən qonaqlar tərəfindən çəkilərək sosial şəbəkədə yayılıb. 

Həmin görüntüləri sizə təqdim edirik: 

Milli.Az


Etiketlər:  Aygün Bəylərin bacısı məclisdə AĞLADI VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ