Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə Azərbaycana xalça ixracını azaldı

Türkiyə Azərbaycana xalça ixracını azaldı

Tarix: 21 Fevral 2024 12:34

Türkiyə 2024-cü ilin yanvar ayında Azərbaycana xalça ixracını 2023-cü ilin eyni dövrü ilə müqayisədə 36,6 faiz azaldaraq 575,8 min dollara çatdırıb.

Sonxeber.net-ın TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2024 - yanvar 2023) Türkiyə 2,8 milyon dollar məbləğində xalça ixrac edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına xalça ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 14,6 faiz artaraq, 239,5 min dollara bərabər olub.

2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin xalça ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək, 2,8 milyon dollara bərabər olub.


Etiketlər:  Türkiyə Azərbaycana xalça ixracını azaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ