Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyəli məşhur aşpaz Nusretdən maraqlı paylaşım- FOTO

Türkiyəli məşhur aşpaz Nusretdən maraqlı paylaşım- FOTO

Tarix: 21 Fevral 2024 18:52

Məşhur türkiyəli aşpaz, yeməkləri özünəməxsus tərzdə duzlaması ilə tanınan Nusret Gökçe maraqlı paylaşım edib.  

Milli.Az oxu.az-a istinadən bildirir ki, Nusret Gökçenin öz "Instagram" hesabında yayımladığı videoda Qırğızıstanın Bişkek şəhərində yollara duz səpən maşının arxasına Nusretin fotosu yapışdırılıb.

Qeyd edək ki, video Bişkek avtomobil nəqliyyatı müəssisəsinin sosial şəbəkə səhifələrində dörd il əvvəl yayımlanıb. O zaman müəssisənin mətbuat xidmətinin əməkdaşı Jibek Karakeyeva xüsusi maşının yola sənaye duzunun töküldüyü hissəsində Nusret Gökçenin fotosunu quraşdırıb.

Bildirək ki, Bişkekdə hazırda kommunal xidmətlər yollarda və səkilərdə qar və buzla mübarizə aparmağa çalışırlar.

Milli.Az


Etiketlər:  Türkiyəli məşhur aşpaz Nusretdən maraqlı paylaşım FOTO


RƏYLƏR