Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rus sərhədçilər Zvartnots hava limanından çıxarılır

Rus sərhədçilər Zvartnots hava limanından çıxarılır

Tarix: 23 Fevral 2024 06:42

Rusiya sərhədçiləri İrəvanın Zvartnots beynəlxalq hava limanından çıxarılacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası yüksək vəzifəli mənbəyə istinadən xəbər yayıb.

Mənbənin sözlərinə görə, bu proses yaxın vaxtlarda baş verəcək. Qurum rəsmisi bu qərarın nədən qaynaqlandığını açıqlamasa da, əmin edir ki, siyasi qərar var.

Erməni mediası yazıb ki, Rusiya sərhədçilərinin Zvartnots hava limanında yerləşdirilməsi hökumətlərarası razılaşma ilə tənzimlənmir. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandirləri ilə Rusiya FTX arasında imzalanmış sənədə əsasən Rusiya sərhədçiləri hava limanında xidmət edir.

Qeyd edilib ki, 1992-ci ildə Ermənistan və Rusiya Ermənistan ərazisində Rusiya sərhəd qoşunlarının statusunu və fəaliyyətini tənzimləyən saziş imzalayıblar. Lakin bu müqavilədə hava limanında xidmətin göstərilməsi ilə bağlı bənd yoxdur.

Milli.Az


Etiketlər:  Rus sərhədçilər Zvartnots hava limanından çıxarılır


RƏYLƏR