Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2024 20:18
İtaliya baş nazirinin müavini Matteo Salvini hicablı qadınları hədəf alan qalmaqallı açıqlamalar verib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, hakim sağçı koalisiya partiyaları Sardinya adasının paytaxtı Kalyaridə seçki mitinqi keçirib.
Mitinqdə iştirak edən Liqa lideri Matteo Salvini və digər liderlər üç partiyanın ümumi regional prezidentliyə namizədi Paolo Truzzuya dəstək istəyiblər.
Salvini öz çıxışında sol partiyaları və "kommunist" adlandırdığı qrupu tənqid edib:
"Berlinqerin Kommunist Partiyası ciddi idi, ciddi problemlərlə maraqlanırdı. Mənim evimdə islam örtüyü tərəqqi əlaməti deyil. Hicablı qadınlar Sardiniyadan uzaq durmalıdır".
Salvininin sözlərinə elə yerli əhali reaksiya verib. Onlar baş nazirin müavinini kəskin tənqid ediblər. Bildiriblər ki, o, Sardiniya adasının real problemlərindən diqqəti yayındırmaq üçün dini ayrı-seçkiliyi qabardıb.