Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2024 01:44
"Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı senatorlara deyib ki, ABŞ-nin yenidən köməyi olmasa, Ukrayna Rusiya ilə münaqişədə məğlubiyyətə uğrayacaq".
Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu Konqresin yuxarı palatasındakı demokrat çoxluğun lideri Çak Şumer "X" sosial şəbəkəsində bildirib:
"Zelenski mənə və bizim nümayəndə heyətinə dedi ki, bu həyati yardım olmasa, Ukrayna müharibəni uduzacaq, Ukrayna xalqı, ABŞ və demokratiya üçün dəhşətli nəticələr olacaq".
Şumer həmçinin ABŞ Konqresinin Nümayəndələr Palatasını Senatda hazırlanıb qəbul edilən qanun layihəsini təsdiqləməyə çağırıb. Sənəd Ukraynaya 60 milyard dollardan çox yardımın ayrılmasını nəzərdə tutur.