Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qazlı suyu içmək faydalıdırmı? - Maraqlı ARAŞDIRMA

Qazlı suyu içmək faydalıdırmı? - Maraqlı ARAŞDIRMA

Tarix: 26 Fevral 2024 23:12

İnsanların bəziləri qazlı su içməyin ziyanlı olduğunu düşünsələr də, bu suyun insan orqnizminə faydaları çoxdur.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, bu barədə Oxford Universitetinin alimləri araşdırma aparıblar. Araşdırmada qeyd olunub ki, qazlı suyu əldə etmək üçün suya karbon dioksid, yəni karbon qazı qatılır.

"Karbon qazı suya əlavə edilən zaman karbonat turşusuna çevrilir. Suya turş dadı verən də məhz bu turşudur. Qazlı su içən zaman insan özünü daha çox su içmiş kimi hiss edir. Qazlı su üstəlik həzm prosesini asanlaşdırır. Bu, məhz Bor effekti ilə bağlıdır. Tənəffüs sistemində karbonat turşusunun artmasıyla hemoqlobinin və oksigenin daşınmasına, pH təsirinə Bor effekti deyilir. Bu da ən çox həzmsizlik yaşayan zaman insanın köməyinə çatır".

Alimlər bildiriblər ki, oksigenin toxumalar tərəfindən mənimsənilməsi üçün karbon qazı lazımdır.

"Karbon qazı oksigen balansını qorumaq üçün vacib bir qazdır. Panik atak keçirərkən təngnəfəs olmaq bununla bağlıdır. Bu zaman çox sayda oksigen qəbul edirsiz və karbon qazı normadan aşağı düşür. Məhz bu baxımdan nəfəs almaq çətinləşir".

Milli.Az


Etiketlər:  Qazlı suyu içmək faydalıdırmı Maraqlı ARAŞDIRMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ