Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2024 00:10
Xalq artisti Faiq Ağayev peşə seçimindən söz açıb.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "Düzünə qalsa" verilişində danışıb.
Proqramın aparıcısı Lamiyə Balacayevanın "Həkim olmadığınız üçün heç peşmanlıq çəkmisiniz?" sualına Ağayevin cavabı belə olub:
"Buna görə də peşman deyiləm. Əgər həkim olsaydım, bəlkə də indi Azərbaycanın ən məşhur plastik və estetik cərrahı olardım. Bəlkə də... Çünki mən cərrah olmaq istəyirdim. Amma bunun bir saniyəsinin belə peşmanlığını çəkməmişəm.
Çünki həkim olsaydım, bədənləri xilas edəcəkdimsə, kiminsə bədənində dərdini götürəcəkdimsə, amma indi bir müğənni kimi insanların ruhlarını müalicə edirəm. İnsanın ruhunu sığallayıram, ürəyindən tikanı çıxarıram. Hansısa mahnım onun üçün bir məlhəmdir, bəlkə də yerindən durub rəqs etmək üçün bir səbəbdir. Yəni mən müğənni olsam da, həkimliyimdə, təbibliyimdə qalmışam".