Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2024 00:14
İtaliyalı insayder Fabrisio Romano Leverkuzenin "Bayer" klubunun baş məşqçisi Xabi Alonsonun bu mövsüm bitdikdən sonra gələcəyi ilə bağlı məlumat paylaşıb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, jurnalistin fikrincə, karyerasını davam etdirmək üçün ən çox ehtimal olunan variantlardan biri "Bavariya"ya keçiddir.
"Bavariya"nın üstünlüyü ondadır ki, onun artıq işlək strukturu və öz layihəsini Xabi Alonso və digər namizədlərə necə təqdim etmək barədə aydın ideyaları var. Alonso həmçinin "Bayer"dəki tarixi mövsümünə diqqət yetirmək üçün bir az vaxt ayırmaq istəyir. Leverkuzendə bəzi insanlar Alonsonun daha bir il klubda qalma şansının olduğuna ümid edirlər, lakin bəzi mənbələrlə danışdıqdan sonra fikrimcə, çox çətin dir. "Bavariya" və "Liverpul" danışıqlarda çox fəal olacaq", - jurnalist söyləyib.
42 yaşlı ispan mütəxəssis Xabi Alonso 2022-ci ilin oktyabrından "Bayer" klubuna rəhbərlik edir. Leverkuzen təmsilçisi Bundesliqaya 23 oyundan 61 xalla və heç bir məğlubiyyətlə başçılıq edir. "Bayer"in ikinci yerdəki "Bavariya"dan üstünlüyü 8 xaldır.