Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2024 11:45
"Sərdar Ortaç həqiqətən də bir "ulduz"dur. Mən buna orada şahid oldum. Orada aura tam başqa idi".
Sonxeber.net bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Vəfa Şərifova "Xəzər axşamı" verilişində deyib.
O, ərsəyə gələn duet və klip üçün 50 min manat vəsait xərclədiyini bildirib:
"50 min manat civarında oldu. Bu klipin ümumi xərcləri idi. Hər şey bu 50 minim içərisində idi. Sərdar Ortaç klipin çəkilişinə çox bahalı maşınla gəldi. 5,6 köməkçisi var idi. Tam bir "ulduz" kimi görünürdü. Xüsusi istəkləri və tələbləri var idi".
Qeyd edək ki, Vəfa Şərifova bir neçə gün öncə Sərdar Ortaçın mahnılarından ibarət "mashup" oxuyub və ona klip çəkdirib.