Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2024 17:44
"Budəfəki Antalya Diplomatiya Forumunun əsas məqsədi böhran vəziyyətlərində diplomatiyanı önə çıxarmaqdır".
Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
"Üç gün davam edən müzakirələrin dünyaya töhfə verəcəyinə ümid edirik. Amma o qədər də ümidli deyiləm. Çünki islamafobiya dünyada vəba kimi yayılır", - R.T.Ərdoğan söyləyib.
O vurğulayıb ki, xaoslar getdikcə artır: "Beynəlxalq nizam isə zəifləyir".
R.T.Ərdoğan diqqətə çatdırıb ki, Türkiyə İŞİD terror təşkilatını məğlub edən yeganə NATO ölkəsidir.
O bildirib ki, Ankara 40 ildir terrorla mübarizə aparır: "Mübarizəmiz davam edəcək. Türkiyə prinsiplərindən geri çəkilməyəcək".