Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Odessa atəşə tutuldu, ölən və yaralananlar var

Odessa atəşə tutuldu, ölən və yaralananlar var

Tarix: 2 Mart 2024 09:40

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Odessa şəhərini atəşə tutması nəticəsində azı bir nəfər ölüb, yeddi nəfər yaralanıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleh Kiper teleqramda bildirib.

Onun sözlərinə görə, Rusiyanın zərbə dronları vasitəsilə həyata keçirdiyi hücumda bir nəfər ölüb, yeddi nəfər, o cümlədən bir uşaq yaralanıb. Üçyaşlı uşaq ayağında xəsarət alıb. Digər yaralıların vəziyyəti isə orta ağırdır.

Kiper qeyd edib ki, ərazidə axtarış-xilasetmə əməliyyat davam edir.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri xüsusən gecə saatlarında Ukraynanın yaşayış məntəqələrini, o cümlədən kritik mülki infrastrukturunu mütəmadi atəşə tutur. Günün erkən və ya gecə saatlarındakı hücumlar əsasən İran istehsalı "Şahid" dronları ilə həyata keçirilir.


Etiketlər:  Odessa atəşə tutuldu ölən yaralananlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ