Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Soğan biznesi böyük ziyanda - Tonlarla soğan anbarlarda məhv olur

Soğan biznesi böyük ziyanda - Tonlarla soğan anbarlarda məhv olur

Tarix: 4 Mart 2024 12:36

Ağdam və ətraf rayonlarda 100 tonlarla soğan anbarlarda çürüyərək məhv olur. Bu səbəbdən təsərrüfat sahiblərinə ciddi məbləğlərdə ziyan dəyib.

Milli.Az Baku-TV-yə istinadən xəbər verir ki, hazırda cücərmiş soğanlardan ibarət soğanın kisəsi 1-1,50 manat civarında təklif olunur. Halbuki, bu soğanların kisəsi 4-5 manata alınaraq anbarlara yığılmışdı:

"Elə təsərrüfat var ki, 120 min manat ziyan edib. Vaxtında alıb anbara yığmışdıq. Bir kisə soğanı 4-5 manata almışdıq. Satış zəif oldu, xarici bazarlara çıxarda bilmədik, məhsulumuz batdı. 1 kisə soğandan 2-3 kq sağlam soğan çıxır. Həm əkən, həm də bizə külli ziyan dəyib",- Ağdam Sakini Samir Quluzadə bildirib. 

"Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Vüqar Babayevin sözlərinə görə, soğanın çürüməsi və cücərməsi saxlama anbarlarının standardlara uyğun olmamasıdır. 

"Anbarlarda saxlanılan hər 100 kiloqram soğanın 50-60 kiloqramı məhv olur. Soğan məhsulu soyuducu anbardan çıxarıldıqdan 1,5-2 ay ərzində satışa yararlı olur".

Milli.Az


Etiketlər:  Soğan biznesi böyük ziyanda Tonlarla soğan anbarlarda məhv olur


RƏYLƏR