Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2024 08:06
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd bin Sulayem Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bu ölkədə keçirilən Qran Prisinin qaytarılması imkanını müzakirə edib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə "Motorsport.com" məlumat yayıb.
Mənbənin sözlərinə görə, görüşdə FİA Ümumdünya Motor İdmanı Şurasının üzvü Serkan Yazıçı və Türkiyə Avtomobil İdmanları Federasiyasının prezidenti Eren Uklertoprağı da iştirak edib.
"Prezident Ərdoğanla görüşməkdən çox məmnun oldum. Danışıqlarımız bir sıra mövzulara həsr olunub. Formula 1 və WRC-nin Türkiyəyə qaytarılması imkanlarını müzakirə etdik. İstanbul Parkı yarışçılar arasında populyar olan müasir trekdir. Prezident Ərdoğan həmçinin dünya səviyyəli avtomobil idmanının ölkəyə verdiyi iqtisadi və mədəni təsirin əhəmiyyətini dərk edir", - deyə bin Sulayem bildirib.
Türkiyə Qran Prisi 2005-2011 və 2020-2021-ci illərdə İstanbul Park trasında keçirilib. Ölkə 2003-2006, 2008-2010 və 2018-2020-ci illərdə WRC-nin on raunduna ev sahibliyi edib.