Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2019 12:44
“Bank of America Merrill Lynch”un analitikləri iddia edirlər ki, iş yerlərinin azalması prosesi yalnız sürətlənəcək. Çin və ABŞ arasında ticarət müharibəsi əsas siyasi stimullardan biri hesab olunur.
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, “Bank of America Merrill Lynch” avtomatlaşdırma təhlükəsi ilə bağlı yeni təhlil hazırlayıb. Nəticə ürəkaçan deyil: 15 il ərzində robot və alqoritmlər sayəsində təxminən 800 milyon iş yeri azalacaq.
Ən böyük iş ixtisarı ofis və xidmətlər sahəsində gözlənilir.
İş yerlərinin azalması tempi ilk növbədə avtomatlaşdırma xərclərinin azalması hesabına yüksəlir. 2005-ci ildən 2014-cü ilədək qiymətlər 27% azalıb, 2025-ci ilədək daha 22% azalacaq.
Emil Hüseynov