Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2024 12:26
Sumqayıt şəhərində ağırçəkili 1 nəfərin xəstəxanaya çatdırılması onun ağırçəkili olması səbəbindən mümkün olmayıb və bu barədə kömək məqsədilə FHN-in "112" qaynar xəttinə müraciət ediblər.
FHN-dən Sonxeber.net-a verilən xəbərə görə, nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri köməyə ehtiyacı olan vətəndaşın yardımına yetişərək onu onmərtəbəli binanın doqquzuncu mərtəbəsindən düşürüb və Təcili Tibbi Yardım Briqadasına təhvil veriblər.
Sonra FHN-in xilasediciləri Təcili Tibbi Yardım avtomobilini müşayiət edərək xəstənin həmin maşından düşürərək xəstəxananın ikinci mərtəbəsinə qaldırıb və aidiyyəti şöbəyə təhvil veriblər.