Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əməliyyatdan sonra ilk dəfə görüntüləndi

Əməliyyatdan sonra ilk dəfə görüntüləndi

Tarix: 5 Mart 2024 17:26

Böyük Britaniya şahzadəsi Uilyamın həyat yoldaşı Keyt Middleton yanvarda keçirdiyi abdominoplastika əməliyyatından sonra ilk dəfə görüntülənib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "New York Post" qəzeti yayıb.

Nəşrin əldə etdiyi görüntülərdə 42 yaşlı Uels şahzadəsinin "Audi" markalı avtomobildə sərnişin oturacağında, anasının isə sükan arxasında əyləşməsini görmək mümkündür.

Fotonun Vindzor qəsrinin yaxınlığında lentə alındığı bildirilir.

Qeyd edək ki, Keyt Middleton 2 aydır ictimaiyyət qarşısında çıxış etməyib, eləcə də foto və videolarını paylaşmayıb. Ölkə mediasında onun əməliyyatdan sonra səhhətinin bərpasının martın sonuna qədər davam edəcəyi qeyd olunur. Bildirilib ki, şahzadənin ictimaiyyət nümayəndələri ilə görüşünün nə vaxt mümkün olacağı həkimlərin tövsiyələrindən və özünü necə hiss edəcəyindən asılıdır.


Etiketlər:  Əməliyyatdan sonra dəfə görüntüləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ