Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alimlər "mini orqan"lar istehsal etdilər

Alimlər

Tarix: 5 Mart 2024 22:51

Alimlər hamiləlik dövründə ana bətnində inkişaf edən döllərin amnion mayesindən (dölyanı su) götürülən hüceyrələrdən "mini orqan"lar istehsal etməyə nail olublar.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, ana bətnində olan dölün qidalanması və qorunmasını təmin edən amnion mayedən alınan ağciyər, böyrək və bağırsaq hüceyrələrindən "orqanoid" adlanan 3D toxuma qranulları yaradılıb.

Bu "orqanoid"lər insanın inkişafı və xəstəliklərin dərk edilməsində böyük əhəmiyyət kəsb edə bilər.
Araşdırmalar göstərir ki, yetişdirilən bu kompleks hüceyrə modelləri körpənin bioloji məlumatlarını qoruyur.

Bildirilir ki, "mini orqanlar" körpənin inkişafı zamanı baş verən anormal formasiyaların səbəbləri və inkişafının qarşısını almaq üçün çox vacib olacaq.

Bu, dölün inkişafının daha yaxşı başa düşülməsinə və vaxtından əvvəl doğuş riski kimi problemlərin həllinə gətirib çıxaracaq.
Bundan əlavə, bu texnologiyanın xəstəliklərin müalicəsində yeni yanaşmaların işlənib hazırlanmasına imkan verəcəyi düşünülür. Məsələn, körpədə anadangəlmə bir xəstəliyin aşkarlanmasına və doğuşdan əvvəl müalicəsinə kömək edə bilər.

Araşdırma ana bətnində olan döllərin inkişafını daha dərindən anlamaq və vaxtından əvvəl doğuş kimi fəsadların qarşısını almaq üçün perspektivli addım hesab olunur. Ümid edilir ki, orqanoid texnologiyası inkişaf etdikcə daha çox xəstəliklərin müalicəsində əhəmiyyətli irəliləyişlər əldə ediləcək.

Milli.Az


Etiketlər:  Alimlər mini orqanlar istehsal etdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ