Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2024 07:09
Bir çox insanlar məhsulun daha uzun müddət saxlanılması üçün əti satın aldıqdan sonra dərhal dondurucuya qoyur. Daha sonra o bişirilməzdən sadəcə bir neçə saat əvvəl çıxarılır. Ancaq elə olur ki, ət soyuducudan çıxarılır, donu açılır. Amma daha sonra yemək bişirmək fikrindən daşınılır.
Sonxeber.net lent.az-a istinadən ilk baxışda əti yenidən soyuducuya qaytarmaqda heç bir problem görülmür.
Amma əslində bu ətin keyfiyyətinin pozulmasıdır. Belə ki, ət yenidən dondurulduqda məhsulun strukturu dəyişə bilər. Nəticədə, bişirildikdən sonra o daha sərt və quru olur.
Bunlar yenidən dondurmanın tək mənfi cəhəti deyil. Həmçinin, bu zaman məhsulun dadı da dəyişir. Bundan əlavə, bu sağlamlığınız üçün də zərərlidir.
Təkrar dondurma bakterial çirklənmə ehtimalını daartırır. Mikroblar donduqdan sonra ikinci dəfə çoxala bilər və bu, sağlamlıq problemlərinə gətirib çıxara bilər.