Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qlobal.net 4 yaşını qeyd edir

Qlobal.net 4 yaşını qeyd edir

Tarix: 6 Mart 2024 12:14

Qlobal.net xəbər portalının 4 yaşı tamam olur.

2020-ci il martın 6-dan onlayn xəbər saytı kimi fəaliyyətə başlayan Qlobal.net ötən müddətdə özünəməxsus imic formalaşdırmağı bacarıb.

Portalın əsas məqsədi Azərbaycan vətəndaşlarına bütün dünyadan, ən əsası isə Azərbaycandan ən maraqlı məlumatları çatdırmaqdır.

Qlobal.net yeni nəfəsli bir media quruluşu olaraq dörd il müddətində təkcə Azərbaycanda deyil, ölkə xaricində yaşayan soydaşlarımız tərəfindən də izlənilən xəbər saytına çevrilə bilib. Sayta ünvanlanan məktublar, şərhlər, müraciətlər belə deməyə əsas verir.

Sayt bundan sonra da ən müxtəlif sahələri əhatə edən xəbərlər, araşdırmalarla oxucuların xidmətində olacaq.

Milli.Az


Etiketlər:  Qlobalnet 4 yaşını qeyd edir


RƏYLƏR