Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Futbolçularda istədiyimizi görə bildik'' - Zaur Həşimov

''Futbolçularda istədiyimizi görə bildik'' - Zaur Həşimov

Tarix: 16 Noyabr 2019 19:00

"Zirə"nin baş məşqçisi Zaur Həşimov "Sumqayıt"la yoxlama oyunundan (0:0) sonra fikirlərini bildirib.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, futbolçularda istədiyini görə bildiyini deyib:

"Qarşılaşmanı keçirməkdə əsas məqsədimiz az meydana çıxan və zədədən qayıdan futbolçuların oyun praktikası qazanması idi. İstəyirdik ki, bir az oyunu, meydançanı hiss etsinlər. Hazır vəziyyətdə olan 10 futbolçumuz var idi, elə onlarla da meydana çıxdıq. Heç bir limitə fikir verməmişdik. Start heyətində 8 legioner çıxmışdı. Futbolçularda istədiyimizi görə bildik".

 


Etiketlər:  Futbolçularda istədiyimizi görə bildik Zaur Həşimov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ