Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2024 10:56
Türkiyənin İzmir şəhərində taksi sürücüsü Oğuz Ergeni 3 güllə ilə öldürən Delil Aysalın məhkəmə prosesi keçirilib.
Sonxeber.net oxu24.com-a istinadən bildirir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, qərara əsasən, təqsirləndirilən şəxs Delil Aysal 17 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, fevralın 1-i O. Erge yol kənarında dayanan şəxsi soyuqda üşüməsin deyə, avtomobilinə əyləşdirib. Arxa oturacaqda oturan şəxs isə sürücüyə tapança ilə atəş açaraq onu ağır yaralayıb.
Avtomobildən düşən sərnişin güllələdiyi kişiyə "heç kimə inanmayacaqsan, dayı" deyib. Ağır yaralanan O.Erge 2 gün sonra vəfat edib. O, iki uşaq atası idi.