Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2024 20:32
İranlı mütəxəssislər fevralın 28-də parlament və Ekspertlər Şurasına seçkilər ərəfəsində ölkə tarixində serverlərə ən böyük DDoS hücumunu dəf ediblər.
Sonxeber.net axar.az-a istinadla xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.
"Ölkə tarixində ən böyük DDoS hücumu saniyədə 136 milyon paket (və ya sorğu - red.) sürətlə baş verib və tamamilə dəf edilib", - məlumatda deyilib.
Qeyd olunur ki, İranda seçkilərə bir neçə gün qalmış ümumilikdə 160-a yaxın DDoS hücumu dəf edilib.