Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qazaxın 4 kəndi ilə bağlı sürpriz qərar: Dəyişdirildi

Qazaxın 4 kəndi ilə bağlı sürpriz qərar: Dəyişdirildi

Tarix: 11 Mart 2024 14:03

Ermənistanda Qazaxın Azərbaycana qaytarılacaq Aşağı Əskipara, Qızıl Hacılı, Bağanıs Ayrım və Xeyrimli kəndləri ilə bağlı Vikipediya məqalələri redaktə olunub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ermənistanın "Past" qəzeti məlumat yayıb.

"Vikipediyada 4 kəndlə bağlı axtarış apardıq. Həmin kəndlərlə bağlı yazılar bir neçə gün əvvəl redaktə olunub. Belə bir qeyd qarşımıza çıxdı: "Bu səhifə sonuncu dəfə 1 mart 2024-cü il saat 16:20-də dəyişdirilib".

Əvvəlki mətnlər (qondarma - red.) yoxdur və Vikipediyanın ermənicə mətnləri azərbaycancaya dəyişdirilib. Adlar da Azərbaycan toponimləri (tarixi adları - red.) ilə qoyulub", - məlumatda deyilir.

Ermənistan mətbuatı sözügedən kəndlərin tezliklə Azərbaycana təhvil veriləcəyini yazır.

Milli.Az


Etiketlər:  Qazaxın 4 kəndi ilə bağlı sürpriz qərar Dəyişdirildi


RƏYLƏR