Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərdoğan martın 31-dən sonra Putini Türkiyədə qəbul etməyi planlaşdırır

Ərdoğan martın 31-dən sonra Putini Türkiyədə qəbul etməyi planlaşdırır

Tarix: 12 Mart 2024 22:36

Vladimir Putinin Rusiyada prezident seçkilərindən sonra Türkiyəyə səfəri gözlənilir.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində xarici səfirlər qarşısında çıxışında deyib.

"Biz Qara dənizdə hər iki qonşumuzla (Rusiya və Ukrayna nəzərdə tutulur - red.) dialoqumuzu davam etdiririk. Seçkilərdən sonra Rusiya prezidenti Vladimir Putini qəbul edəcəyik", - Ərdoğan bildirib.

Qeyd edək ki, fevralın sonunda Putin Ərdoğanla telefon danışığı aparıb və bu zaman o, Türkiyəyə səfərini çox gecikdirməyəcəyini açıqlayıb.

Səfər zamanı İstanbul prosesi üzrə danışıqların davam etdiriləcəyi, Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmaların əldə olunacağı proqnozlaşdırılır.

Milli.Az


Etiketlər:  Ərdoğan martın 31 dən sonra Putini Türkiyədə qəbul etməyi planlaşdırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ