Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan yaşıl enerjisini Avropa bazarına çıxaracaq

Azərbaycan yaşıl enerjisini Avropa bazarına çıxaracaq

Tarix: 13 Mart 2024 11:16

2023-cü ilin ilk iki ayında Azərbaycanın Avropaya qaz ixracatı 9.6 faiz artaraq 2.1 milyard kub metr olub. Bu müddətdə Türkiyəyə 1.4, Gürcüstana isə 0.6 milyard kub metr qaz ixrac olunub. Azərbaycanın ümumi qaz ixracatı son iki ayda 4.1 milyard kub metr olub. Ümumi qaz hasilatı isə 2.3 faiz artaraq 8,2 milyard kubmetrə çatıb.

Sonxeber.net xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

"Göründüyü kimi, bir sıra beynəlxalq qurumların, o cümlədən Avropa Parlamentinin bəzi üzvlərinin qərəzli və ikili standartlara söykənən çağrışlarına baxmayaraq, Azərbaycan ilə Avropa arasındakı iqtisadi əməkdaşlıq daha da güclənir. Son 3 ildə Azərbaycan Avropaya 33 milyard kubmetrdən çox qaz ixrac edib. 2023-cü ildə Avropaya qaz ixracının həcmi illik olaraq 12 milyard kubmetrə yaxınlaşıb", - o yazıb.

Onun sözlərinə görə, artıq Avropanın 5 ölkəsinə mavi qaz nəql edən Azərbaycan ötən müddətdə Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsi ilə daha çox dövlətə enerji məhsulunu çatdıra bilib.

"Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu son illər daha da artmaqdadır. 2022-ci ildə Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumu imzalandığını nəzərə alsaq, bunun üçün qarşıdakı dövrdə istismara verilməsi planlaşdırılan "Abşeron", "Ümid", "Asiman", "Şəfəq" və "Babək" kimi qaz yataqlarının işlənməsi üçün yeni sərmayələrin cəlbi də prioritet olaraq qalmaqdadır. TAP kəməri vasitəsilə Avropaya ikinci mərhələdə 20 milyard milyard kubmetr qaz nəql ediləcək. Bütövlükdə, Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyətinin 32 milyard kubmetrə çatdırılması imkanı var.

Yeni mərhələdə Azərbaycan öz yaşıl enerjisini də Avropa bazarına çıxaracaq. Gürcüstan ərazisi və Qara Dənizin dibi ilə Azərbaycanda bərpa olunan mənbələrdən əldə edilən enerji 2026-cı ildən sonra Avropa İttifaqına ixrac edilə bilər. Göründüyü kimi, qərəzli bəyanatlar bir söz deyir, rəqəmlər isə başqa mənzərə yaradır.", - deyə Bayramov qeyd edib.


Etiketlər:  Azərbaycan yaşıl enerjisini Avropa bazarına çıxaracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ