Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Florentino Perezdən Arda Gülərlə bağlı QƏRAR

Florentino Perezdən Arda Gülərlə bağlı QƏRAR

Tarix: 13 Mart 2024 13:08

"Real Madrid"in prezidenti Florentino Perez transfer dövründə komandadan icarə əsasında ayrılacağı gözlənilən ggənc ulduz futbolçu Arda Gülərlə bağlı qərar verib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə xarici mətbuata xəbər verib.

İspaniya nəhənginin prezidenti Perez və baş icraçı direktoru Xose Anxel Sançes Arda Gülərin başqa kluba icarəyə getməyəcəyinə qərar verib.

Arda Gülər ​​üçün 30 milyon avro sərmayə qoyan və onun keyfiyyətinə hər zaman inanan Perez və Sançes də gənc oyunçunun qarşıdakı dövrdə dünya ulduzu olacağına inandıqlarını Ançelottiyə bildiriblər.

Qeyd edək ki, bu mövsüm iki dəfə ağır zədə alan Arda Gülər ​​"Real Madrid"in heyətində 6 matçda 93 dəqiqə meydanda olub və 1 qol vurub.

Bu yaxınlarda keçirilən "Selta Viqo" ilə matçın 89-cu dəqiqəsində oyuna daxil olan istedadlı futbolçu 94-cü dəqiqədə rəqib qapıçının yanından driblinqlə topu tora göndərib.

Milli.Az


Etiketlər:  Florentino Perezdən Arda Gülərlə bağlı QƏRAR


RƏYLƏR