Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2024 16:52
Qazaxla həmsərhəd Tavuş bölgəsindəki anklavlar Ermənistanın inzibati ərazisinə daxil deyil.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan jurnalistlərə bildirib.
"Delimitasiya üçün hüquqi əsası olan və hər iki tərəf üçün məqbul xəritələr seçilməlidir", - erməni nazir əlavə edib.
O qeyd edib ki, Ermənistandan Gürcüstana gedən əsas yolun Azərbaycanla sərhədi keçən və ya ona yaxın ərazidə yerləşən hissələri və infrastrukturu var.
"Həmin ərazilər xəritədə dəqiqləşdirilməlidir, bundan sonra infrastrukturun yenidən qurulması işlərinə başlanılacaq", - deyə Qnel Sanosyan vurğulayıb.