Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Planetin 59-cu komandası – “QARABAĞ”

Planetin 59-cu komandası – “QARABAĞ”

Tarix: 13 Mart 2024 17:10

Milli çempionatlarda qapı istiqamətində ən çox zərbə endirən klublar bəlli olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, CİES-in cədvəlində dünyanın 54 liqasından 900 komanda yer alıb.

Bu siyahıda dünya rekordçusu PSV-dir. "Srvena Zvezda" ikinci, "Reyncers" üçüncü pillədə yer alıb.

1. PSV - 21,84
2. "Srvena Zvezda" - 19,31
3. "Reyncers" - 19,31
3. "Lüdoqorets" - 18,87
5. "Feyenord" - 18,72
6. "Seltik" - 18,66
7. "Bavariya" - 18,21
8. "Liverpul" - 18,07
9. "Qalatasaray" - 17,59
10. "Sidney" - 17,50

Azərbaycan Premyer Liqasının rekordçusu "Qarabağ"dır. Çempionatın lideri siyahıdakı 900 komanda arasında 59-cudur.

Premyer Liqada "Araz-Naxçıvan" ikinci, "Turan Tovuz" üçüncüdür. Ən az zərbə vuran komanda "Zirə"dir. Qəsəbə klubu ümumi siyahıda ən az zərbə endirən 15-ci komandadır.

1. "Qarabağ" - 15,04
2. "Araz-Naxçıvan" - 11,73
3. "Turan Tovuz" - 11,64
4. "Qəbələ" - 11,50
5. "Sabah" - 11,31
6. "Neftçi" - 11,27
7. "Kəpəz" - 10,85
8. "Səbail" - 10,23
9. "Sumqayıt" - 8,58
10. "Zirə" - 8,00

Milli.Az


Etiketlər:  Planetin 59 cu komandası QARABAĞ


RƏYLƏR