Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2024 19:26
"Necə də biabırçılıqdır. Bu şarlar bezdiriblər, elə eyni şey olur".
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bunu "Mançester Siti"nin idman direktoru Çiki Beqiristayn deyib.
O, Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatmasını dəyərləndirib. Klub rəsmisi "Real"la qarşılaşmaqlarından narazı qalıb: "Püşkatma ötən il olduğu kimidir. Yalnız "Liverpul"u "Arsenal"la dəyişiblər. Biz çalışacağıq ki, ötən mövsümdə baş verənləri və finala çıxmağa nail olduğumuzu xatırlayaq. Rəqibin titulu çoxdur, onlar Çempionlar Liqasında sabit çıxış edirlər, həmişə həlledici mərhələlərə qədər irəliləyirlər. Amma özümüzü güclü komanda hesab edirik və cari mövsümdə turnirdə yaxşı oynayırıq".
Qeyd edək ki, "Mançester Siti" və "Real" ardıcıl üçüncü mövsümdə pley-off mərhələlərində qarşılaşacaq.