Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Niyam Salami: "Qardaşın Rusiyadan gəlir dur, toy elə" - VİDEO

Niyam Salami:

Tarix: 17 Mart 2024 13:40

Hazırda oxunan: Niyam Salami: "Sevmədən anam məni məcbur evləndirmişdi" - VİDEO

"Bir dəfə nişanlı və bir dəfə də evli olmuşam. Xanıma zülm verməmişəm. Amma mənim özümlə "dolanmaq" çox çətindir"

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Niyam Salami qonaq olduğu "Evdəkilərə salam" verilişində deyib.

Sənətçi bildirib ki, özünün deyil, anasının istəyi ilə məcburi şəkildə illər əvvəl bir xanımla ailə qurub:

"Mən bir neçə il ailəli qaldım. Dünyaya gətiriləsi uşağımız da ola bilərdi... Ata ola bilərdim, amma qismət olmadı. Çünki problemlər yarandı. Evli olduğum xanımın bir dəfə mobil telefonda şəklini gördüm. Amma boşanandan sonra onu canlı görməmişəm. 

Çox istərdim onu canlı görmək. O, ailə qurmayıb, mənim kimi subaydır. O xanımı anamgil mənə aldılar. Mən onu sevməmişdim. Mənə anam iki dəqiqənin içində söylədi ki, "qardaşın Rusiyadan gəlir dur, toy elə". Qəribə şeydir... Qardaşın Rusiyadan gəlir və sən evlənməlisən".

Milli.Az


Etiketlər:  Niyam Salami Qardaşın Rusiyadan gəlir dur toy elə VİDEO


RƏYLƏR