Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan kəlağayı sənəti müsabiqəsi elan edilib - münsiflər heyətinin sədri Fəxriyə Xələfova

Azərbaycan kəlağayı sənəti müsabiqəsi elan edilib - münsiflər heyətinin sədri Fəxriyə Xələfova

Tarix: 18 Mart 2024 16:48

Azərbaycan kəlağayı sənəti "Qadın ipək baş örtüyü kəlağayının ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası" adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi və dünyaya təqdim olunmasının 10 illik yubileyi ilə əlaqədar müsabiqə elan edilir. Bu barədə Milli.az-a münsiflər heyətinin sədri, Əməkdar İncəsənət Xadimi, tanınmış modelyer Fəxriyə Xələfova deyib.

Müsabiqənin təşkilat komitəsi:

Müsabiqənin ideya müəllifi və təşkilatçısı - Rusiyada Dünya Azərbaycan Qadınları İctimai Birliyinin rəhbəri Xatirə Qəmbərova.

Münsiflər heyətinin sədri - Əməkdar İncəsənət Xadimi,tanınmış modelyer Fəxriyə Xələfova.

Təşkilati dəstək - Sahibkar Qadınlar İctimai Birliyi (sədr Zenfira Ağayeva)

Müsabiqənin keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizdən olan kəlağayımızın beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi və təbliği,müasir geyimlərlə kəlağayıdan necə istifadə olunmasını nümayiş etdirmək  və kəlağayımızı gələcək nəsillərə mədəni İrs olaraq çatdırmaqdır.

Müsabiqə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı qadınlar arasında keçirilir.

Müsabiqənin şərtləri:

• kəlağayıdan istifadə edərək bir və ya bir necə obraz yaradıb ,şəkil (video da qəbul olunandır) çəkib müsabiqəyə göndərilməlidir.

•şəkil,video çəkərkən telefon eninə tutulmalıdır.

• müsabiqədə yaş məhdudiyyəti yoxdur

⁠  Müsabiqədə iştirak etmək istəyənlər elektron variantı  25 aprel 2024-ci il tarixinə kimi [email protected] elektron ünvanına və ya +79605451099

Teleqram və ya WhatsApp nömrəsinə göndərə bilərlər.

Müsabiqə iştirakçılarının dəyərləndirilməsi,qaliblərin müəyyənləşdirilməsi münsiflər heyətinin Teleqram kanalında online şəkildə baş tutacaqdır.

Qaliblərə diplom və mükafatlar təqdim olunacaqdır.

Milli.Az


Etiketlər:  Azərbaycan kəlağayı sənəti müsabiqəsi elan edilib münsiflər heyətinin sədri Fəxriyə Xələfova


RƏYLƏR