Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2024 01:04
Almaniya qocalar evləri üçün robot nəvələr istehsal etməyə başlayıb. İlk modellər artıq sınaqdan keçirilir.
Sonxeber.net sfera.az-a istinadən bildirir ki, robotlar göz təması qura və üz ifadələrindən insan duyğularını tanıya bilir. Modellər artıq bir neçə qocalar evində sınaqdan keçirilir.
Emma adlı robot "nəvə" artıq sınaqdan keçib. Onun boyu 70 sm-dir. "Nəvə"ləri qocalar evləri üçün robotlar istehsal edən "Navel Robotics" şirkəti hazırlayıb.
İndi "Navel Robotics" robotları bir neçə qocalar evində sınaqdan keçiriləcək. Robot çox danışır, qocalara uşaqlarının balaca vaxtlarını xatırladır.Belə robotun beyni süni intellektə əsaslanır: onlar hətta, zarafatlar danışa, sakinlərin həyatını dinləyə və suallar verə bilər.
"Sakinlərin Emma haqqında nə qədər sevincli və maraqlı olması heyrətamizdir. Çox şirindir və insanlara çox yaxşı cavablar verir. İnsanlar tez-tez onun başını sığallamaq istəyirlər"- deyə qocalar evinin direktoru Vanessa Munzenmayer bildirib.
"Navel Robotics" sınaqları başa vurduqdan sonra belə robotları kütləvi istehsala buraxmağı planlaşdırır. Tərtibatçılar onları cüt-cüt satmaq niyyətindədirlər. Robotlar təqribən 48 min avroya başa gələcək.