Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2024 09:00
Qırğızıstan sakininin evindən Özbəkistan ərazisinə çıxan tunel tapılıb.
Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, tunel 15 metr dərinlikdə döşəmənin altında qazılıb, uzunluğu isə 130 metrdir.
Məlum olub ki, saxlanılan şəxsin evindən Özbəkistan sərhədinə qədər təxmini məsafə 50 metrdir.
Bildirilib ki, tunel malların və şəxslərin qaçaqmalçılığı məqsədilə istifadə edilib.
Evin 38 yaşlı sahibi, qanunsuz fəaliyyətin tərtibatçısı saxlanılıb.