Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Samet Aybaba Juninyo üçün Bakıya gəlir

Samet Aybaba Juninyo üçün Bakıya gəlir

Tarix: 23 Mart 2024 10:40

"Beşiktaş"ın idman direktoru Samet Aybaba "Qarabağ"ın hücumçusu Olavio Juninyonun transferi üçün mövsüm bitmədən Bakıya gələcək.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə Türkiyənin "Fotomaç" nəşri məlumat yayıb.

Bildirilir ki, "sambaçı"nı çox bəyənən Aybaba "qara-qartallar"ın rəhbərliyindən razılıq aldıqdan sonra "Qarabağ"la əlaqəyə keçib. Azərbaycan çempionu transfer üçün 8 milyon avro istəsə də, məğləğin endiriləcəyi də vurğulanır. Bu səbəbdən də istanbullular mövsüm bitməmiş braziliyalının keçidini həll etməyi planlaşdırırlar.

Qeyd edək ki, Samet Aybaba Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ın "Bayer"lə (2:3) səfər oyununu "BayArena"da izləyib və Juninyo ilə bağlı müsbət rəy verib.

Milli.Az


Etiketlər:  Samet Aybaba Juninyo üçün Bakıya gəlir


RƏYLƏR