Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2024 23:40
Rusiyanın Ukraynada həyata keçirdiyi xüsusi əməliyyatın məqsədinə - dövlətin demilitarizasiyasına nail olunduğunu söyləmək olar.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT TŞ-nin sessiyasında bildirib.
"Ukrayna ordusunun uzun müddətdir ki, öz silahları ilə döyüşmədiyini nəzərə alsaq, demək olar ki, bizim xüsusi əməliyyatımızın məqsədinə - Ukraynanın demilitarizasiyasına nail olunub", - o vurğulayıb.
Nebenzyanın sözlərinə görə, ukraynalılar yalnız NATO ölkələrindən gələn təchizat sayəsində sağ qalırlar:
"Döyüş meydanındakı vəziyyət hazırda Ukrayna ordusu üçün fəlakətlidir və rus qoşunları Kiyevə hərəkət edən Qərb zirehli texnikasını məhv etməklə öz uğurlarını möhkəmləndirməyə davam edir".
O, həmçinin qeyd edib ki, NATO ölkələrinin Ukrayna münaqişəsində birbaşa iştirakını inkar etmək mənasızdır və bunun üçün yüzlərlə sübut var.