Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Andrey Lunyovla bağlı plan

Andrey Lunyovla bağlı plan

Tarix: 25 Mart 2024 09:34

Rusiya millisinin Paraqvayla baş tutmayan oyunu üçün planları bəlli olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu yığmanın baş məşqçisi Valeri Karpin açıqlayıb.

Təcrübəli mütəxəssis ləğv olunan matçda meydana buraxmağı planlaşdırdığı futbolçuların siyahısını öncədən müəyyənləşdiribmiş. Karpinin planlarında "Qarabağ"ın qapıçısı Andrey Lunyov da olub: "Paraqvayla matçın start heyətini 80-90 faiz müəyyənləşdirmişdim. Artıq sirr saxlamağın mənası yoxdur. Qapıda Andrey Lunyov olacaqdı".

Qeyd edək ki, Rusiya - Paraqvay oyunu terror aktı səbəbindən ləğv edilib.

Milli.Az


Etiketlər:  Andrey Lunyovla bağlı plan


RƏYLƏR