Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Banan adı ilə aldığımız meyvə "afrika kartofu" imiş - Diqqət!

Banan adı ilə aldığımız meyvə

Tarix: 25 Mart 2024 19:27

Banan çoxlarının sevdiyi meyvədir. Onu öz cinsindən olan plantainlə tez-tez qarışıq salırlar.

Milli.Az lent.az-a istinadən banan və plantainin fərqi barədə məlumat verir.

Banan daha sarı, ətirli, yumşaq və şirin olur. Forması qövsvaridir, çiy yeyilir. 

Plantain isə bir qədər yaşıla çalan, daha düz, bərk və uzun formada olur. Onlara bəzən bişirilən banan da deyirlər. Plantain Qərbi və Mərkəzi Afrikada, Karib adalarında, Mərkəzi Amerikada, eləcə də Cənubi Amerikanın şimalında əsas qida maddəsidir. Yeməklərdə kartof əvəzinə istifadə olunur. Plantainin dadı şit, kalorisi isə banandan daha çoxdur. Ondan dadlı mürəbbə də bişirilir.

Alarkən dediyimiz əlamətlərə diqqət edin ki, evinizə banan əvəzinə "afrikalı kartof" aparmayasınız.

Milli.Az


Etiketlər:  Banan adı ilə aldığımız meyvə afrika kartofu imiş Diqqət


RƏYLƏR