Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2024 09:26
Böyük Britaniya fermerləri İngiltərə paytaxtının mərkəzi küçələrində 150-dən çox kənd təsərrüfatı avadanlığı yığaraq, aqrar məhsulların ucuz idxalına qarşı etiraz aksiyası keçiriblər.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Teleqraf" qəzeti məlumat yayıb.
Qeyd edilir ki, 150-dən çox fermer texnikası ilə Vestminsterin (Londonun mərkəzi-red) gördüyü ən səs-küylü etiraz aksiyalarından birini təşkil edib.
Qəzetin yazdığına görə, fermerlərin narazılığına səbəb ölkəyə gətirilən kənd təsərrüfatı məhsullarının qiymətlərinin aşağı olmasıdır ki, bu da yerli biznesə "fəlakətli təsir" göstərir.