Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2019 04:28
Bakı. Trend:
Qətər hakimiyyəti Fələstin ərazilərində yaşayan sakinlərə 480 milyon dollar məbləğində yardım ayırması barədə qərar verib.
Trend-in məlumatına görə, bu barədə Reuters agentliyi ölkənin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Qeyd edilir ki, Fələstin Milli Administrasiyasına səhiyyə və təhsil sektorunun inkişafı üçün qrant və istiqraz şəklində təxminən 300 milyon ABŞ dolları ayrılır.
Bölgədəki fəaliyyət göstərən humanitar proqramları dəstəkləməsi və Fələstin ərazilərinin bütün sakinlərinə elektrik enerjisinə daimi çıxışı təmin edilməsi üçün aparılan işlərə əlavə 180 milyon ABŞ dolları göndəriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin