Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bərdədə müəllimin xəbəri olmadan maaş kartından pul çıxarıldı - VİDEO

Bərdədə müəllimin xəbəri olmadan maaş kartından pul çıxarıldı - VİDEO

Tarix: 27 Mart 2024 09:28

Bərdədə orta məktəb müəlliminin xəbəri olmadan maaş kartından pul çıxarılıb.  

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, rayonun Hacalı kənd sakini Ağgül Əhmədova deyib ki, əməkhaqqını almaq istəyərkən bank kartında pul olmadığını görüb.

Kənd məktəbində müəllim işləyən Ağgül Əhmədova bildirib ki, problemlə bağlı banka müraciət edib.

A.Əhmədova hesab edir ki, onun pensiya kartına da müdaxilə etmək istəyiblər, ancaq bu alınmayıb. O, dələduzluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib.

Ətraflı süjetdə:

Milli.Az


Etiketlər:  Bərdədə müəllimin xəbəri olmadan maaş kartından pul çıxarıldı VİDEO


RƏYLƏR