Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ekvador Prezidenti İlham Əliyevi təbrik edib

Ekvador Prezidenti  İlham Əliyevi təbrik edib

Tarix: 27 Mart 2024 12:12

Ekvador Respublikasının Konstitusional Prezidenti Daniel Noboa Azin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Cənab Prezident.

Bu ilin fevral ayında Azərbaycan Respublikasında keçirilmiş seçkilərdə əldə etdiyiniz qələbə münasibətilə Sizə böyük məmnunluq hissi ilə təbriklərimi çatdırıram.

Mən xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrini davam etdirmək arzusunda olduğumu bildirirəm.

Ümidvaram ki, Sizin rəhbərliyiniz bundan sonra da bütün Azərbaycan xalqına firavanlıq gətirəcəkdir".

Milli.Az


Etiketlər:  Ekvador Prezidenti İlham Əliyevi təbrik edib


RƏYLƏR