Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2024 22:36
Ukraynada hərbi xidmətdən yayınanların sayı kəskin şəkildə artıb və bir milyona çatır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksandr Dubinski bildirib.
Onun sözlərinə görə, Ukrayna hakimiyyəti yaxın vaxtlarda sərhəddə və sərhədyanı ərazilərdə nəzarət tədbirlərini gücləndirəcək.
Deputat tezliklə hərbi xidmətə yararlı vətəndaşların ölkənin regionları arasında hərəkətinin qadağan ediləcəyini də vurğulayıb.