Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İmsak və iftar üçün detoks suları - RESEPT

İmsak və iftar üçün detoks suları - RESEPT

Tarix: 30 Mart 2024 21:18

Ramazan ayında susuzluqdan əziyyət çəkməmək üçün iftar və imsak süfrələrində həzmi asanlaşdıran, susuzluğu yatızdıran detoks sularına üstünlük vermək olar.

Mütəxəssislər xüsusi reseptlərlə hazırlanmış detoks sularının bədəni təmizləyərkən enerjini də artırdığını bildirirlər. Uzun oruc günlərində orqanizmin ehtiyac duyduğu maye miqdarını təmin etmək üçün faydalı detoks suları böyük əhəmiyyət daşıyır.

Milli.Az medicina.az-a istinadən tövsiyə edilən bir neçə detoks suyu reseptini təqdim edir:

Xiyar və nanə detoksu

Tərkibi:

1 ədəd xiyar
1 ovuc təzə nanə

Hazırlanması:

Xiyarı doğrayın və bir ovuc təzə nanə yarpağını yuyub təmizləyin. Bir litr ilıq suya xiyar dilimlərini və nanə yarpaqlarını əlavə edin. Ən azı bir saat keçdikdən sonra süzüb içə bilərsiniz.

Bu içki susuzluğu yatırarkən həzmi də asanlaşdıracaq.

Limon və zəncəfil detoksu

Tərkibi:

1 ədəd limon
1 dilim təzə zəncəfil kökü
İstəyə görə 1 çay qaşığı bal

Hazırlanması:

Bir litr suya bir neçə dilim təzə zəncəfil və bir neçə dilim limon əlavə edin. Bu qarışığı bir gecə soyuducuda saxlayın. Əldə etdiyiniz detoks suyunu imsakda süzüb içə bilərsiniz. Zəncəfil həzm problemlərini aradan qaldırır, limon isə bədəni C vitamini ilə təmin edərək immuniteti gücləndirir.

Alma və zəncəfil detoksu

Tərkibi:

1 ədəd alma
1 çay qaşığı üyüdülmüş darçın və ya 1 ədəd darçın çubuğu

Hazırlanması:

Almanı doğrayın. Bir litr suya alma dilimləri və bir çay qaşığı üyüdülmüş darçını əlavə edin. Ən az 1 saat keçməlidir. Daha sonra onu içə bilərsiniz. Bu detoks suyu həm size rahatladacaq, həm də həzmi dəstəkləyəcək.

Nar və nanə detoksu

Tərkibi:

1 ovuc nar dənəsi
1 ovuc təzə nanə

Hazırlanması:

Narı dənələyin və bir ovuc təzə nanə yarpağını doğrayın. Bir litr suya nar dənələri ilə nanə yarpaqlarını əlavə edin. Bir neçə saat sonra suyu içə bilərsiniz. Bu detoks suyu həm təravətləndirir, həm də yüngülləşdirir.

Milli.Az


Etiketlər:  İmsak iftar üçün detoks suları RESEPT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ