Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2024 16:44
Bolqarıstan və Rumıniya bu bazar günündən etibarən Şengen zonasına rəsmən qoşulublar.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hələlik bu qoşulma yalnız qismən həyata keçiriləcək. Belə ki, yeniliklər hava və dəniz nəqliyyatı ilə səyahət edən sərnişinlərə şamil olunacaq. Hər iki ölkə bazar ertəsi, aprelin 1-də öz Şengen vizalarını verməyə başlayacaqlar.
Eyni zamanda, yerüstü keçid məntəqələrində sərhədi keçərkən pasport nəzarəti qalacaq.
Hər iki ölkə sərhəd nəzarətini gücləndirəcək və öz ərazilərində sığınacaq tələblərinə baxacaqlarına söz veriblər.
Qeyd edək ki, Bolqarıstan və Rumıniya 2007-ci ildə Avropa İttifaqına qoşulub.