Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2019 11:08
Argentina millisinin kapitanı Lionel Messi Uruqvayla yoxlama matçında (2:2) rəqib futbolçu Edinson Kavani ilə qalmaqal yaşayıb.
Qol.az-ın "Ole"yə istinadən yaydığı xəbərə görə, epizodlardan birində oyunçular arasında sərt dialoq olub. Kavani matçın gedişatı zamanı Messiyə dalaşmağı təklif edib. Messi isə cavabında "istədiyin zaman" deyib. Komanda üzVlərinin müdaxiləsindən sonra davanın qarşısı alınıb və oyun davam etdirilib.