Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2024 22:52
Misir prezidenti Əbdülfəttah əs-Sisinin andiçmə mərasimi aprelin ikisində ölkənin yeni inzibati paytaxtı Yeni Qahirədə keçiriləcək.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, çərşənbə axşamı səhər Misir Nümayəndələr Palatası (parlament) əs-Sisinin parlamentarilər qarşısında konstitusiya andı içəcəyi yeni iclas zalında toplaşacaq.
Mərasimdən sonra əsas abidələrin önünə əklillər qoyulması və dövlət bayrağının qaldırılması nəzərdə tutulur.
Rəsmi olaraq Misir hakimiyyəti hələlik bu məlumatı şərh etməyib.
Qeyd edək ki, dekabrın 18-də Misirin seçki komissiyası əs-Sisinin prezident seçkisində demək olar ki, 90 faiz səslə qalib gəldiyini açıqlayıb. Misir prezidentinin səlahiyyət müddəti altı ildir. Seçkidə əs-Sisi üçüncü, ölkənin hazırkı konstitusiyasına görə isə sonuncu dəfə namizədliyini irəli sürüb.
Xatırladaq ki, Yeni Qahirənin əsası 2000-ci ildə qoyulub.