Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan

Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan

Tarix: 1 Aprel 2024 20:18

Brüsseldə keçiriləcək Aİ-Ermənistan-ABŞ görüşünə sayılı günlər qalıb. Aydındır ki, Avropa ölkələri Vaşinqtonla birgə İrəvana hərbi dəstəyi artırmaq niyyətindədirlər.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilib.

Qeyd olunub ki, Ermənistana mümkün hərbi yardım Avropa Sülh Fondu xətti ilə ayrıla bilər. Hətta görüş zamanı tərəflər arasında hərbi paktın imzalanması da mümkündür.

"Aİ və ABŞ Ermənistan liderini guya öz qanadları altına almaq, İrəvanla siyasi əlaqələrin daha da dərinləşdirilməsi, Ermənistanın sülh şəraitində təhlükəsizliyinin və inkişafının təşviq edilməsini müzakirə etmək istəyirlər. Şübhəsiz ki, gözəl səslənir. Amma biz bilirik ki, ilk baxışdan gözəl səslənən bu sözlərin arxasında nə ola bilər", - deyə süjetdə vurğulanıb.

Bildirilib ki, Ermənistan rəhbərliyi digərlərinin yox, öz ağlı ilə hərəkət etməlidir.


Etiketlər:  Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ