Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Alla Puqaçova xarici agent kimi tanınmayacaq” - Sobçak

“Alla Puqaçova xarici agent kimi tanınmayacaq” - Sobçak

Tarix: 1 Aprel 2024 21:35

Müğənni Alla Puqaçovanın xarici agent kimi tanınması bağlı xəbərini sosial şəbəkə istifadəçiləri və rusiyalı məşhurlar aktiv müzakirə edirlər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, tanınmış jurnalist Kseniya Sobçak da öz fikrini bildirib. O, bunun baş verməyəcəyinə, baş verərsə, böyük səhv olacağına inandığını yazıb.

Kseniya Sobçak bildirib ki, Alla Puqaçovanın adı xarici agentlərin reyestrinə daxil edilməyəcək.

"Keçən həftə internetdə belə bir ehtimalla bağlı şayiələr yayıldı. Kim nə qədər çalışsa da, o, irimiqyaslı bir fiqurdur. Alla Borisovna isə heç bir radikal yazı və ya siyasi bəyanatla çıxış etməyib" - Sobçak yazıb.

Müğənni  Alla Puqaçova bir müddət öncə həmyerlilərini qullarla müqayisə edərək, normal insanların Rusiyaya qayıtmaq istəmədiyini bildirib.

Milli.Az


Etiketlər:  Alla Puqaçova xarici agent kimi tanınmayacaq Sobçak


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ