Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2024 19:26
Abxaziya "hərbi hava qüvvələri"nə məxsus Mi-24 helikopteri qəzaya uğrayıb.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə bölgədəki separatçı qurumun "müdafiə nazirliyi" məlumat yayıb.
"Helikopter Vladimirovka qəsəbəsi yaxınlığında məcburi eniş edib. Şəxsi heyətin həyatı üçün təhlükə yoxdur", - məlumatda deyilir.
Helikopter ekipajının hər üç üzvü sağdır.